Biz kimik? Nəyə xidmət edirik? Fikrimiz, niyyətimiz nədir?...

Bəziləri üçün jurnalistika,- vəsiqəsini müəssisələrdə bayraq kimi idarə rəhbərliyinin gözləri qarşısında yellədib “qonarar” almaqdan, səhər-səhər evdən çıxarkən qeyrət və ləyaqətini evdə qoyub, bu vəsiqə ilə “silahlanıb” qərəzli yazıları ilə bu sənətə nifrət oyatmaqdan ibarət olsa da, əsil jurnalistlərimiz də yox deyil... Biz belələrindən olmağa çalışacağıq...

Bu yaxınlarda Qəbələ şəhərində yerləşən məktəblərin birinə gələn müxbirin hansısa çatışmamazlıqları “aşkar” eləməsi və 100 manat müqabilində bu nöqsanlara göz yumacağı vədini eşidəndə həqiqətən utanmışdım.

Bizim heç kimlə qərəzimiz, düşmənçiliyimiz yoxdur, biz heç kimin toyuğuna “kiş”, malına “ho” etmək fikrində deyilik. Əgər toyuqlar hində, mallar tövlədədirsə...

Biz, problem həll edən deyilik, sadəcə,- həqiqəti yazıb, problemləri göstərəcəyik. Və bu yolda Sizlərin köməyinə ehtiyacımız var. Siz nə qədər yaxından bizimlə əməkdaşlıq etsəniz “QəbələPress.info” daha oxunaqlı, daha da maraqlı olar... Bizim gücümüz sizdədir...

“QəbələPress.info” Sizin saytınızdır.

Beləliklə biz başlayırıq...

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Google adsense