Elza Seyidcahandan yeni şeir: "Ölün acından..."

QəbələPress.info
Əməkdar artist, bəstəkar-müğənni, tez-tez maraqlı şeirləri ilə gündəmi zəbt edən Elza Seyidcahanın   yeni yazdığı şeirini Moderator.az saytı dərc edib.
 
“Əxlaqlı adam” adlanan şeiri olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
 
Yorğunam mən,
Özüm bilərəm,
Yaşamağı dadıram
Yaxşılıqla yatıram
Yaxşılıqda yanıram
Mən yandıqca qanıram
Azmışam mən
Pozğunluğun yollarında
Yatmışam mən
Yaxşılığın qollarında
Döşəyimin yorğanıyam.
Yumru-yumru, yumru-yumru
Buludların arxasından
Vurğunuyam nəsihətin
Ölürəm acından onun üçün
Yeyərəm onu "uff" demərəm
Axı, o mənim hürriyyətim
Min bir sahibi vardır
Mənim təmiz əxlaqımın
Dedi-qodudan
Qorxusu olmaz
Saf su tək əxlaqımın
Səhər-axşam qalxanıyam.
Çirkinliyin
Miskinliyin fərmanıyam
Küskünlüyün dərmanıyam
Qəmlər bir cür yozqundur
Dəmlər yüz cür yozqundur
Pozğunluğun acından
Ölüm acından.
Öldürəcəm acından
Ölün acından
O pozğun ki,
Mənim kimi bir pozğuna
Qoy rast gəlsin istəyirəm
Ey pisliyin pozğunları
Pozğun olub yaxşılıqda
Arxalıqda, yamanlıqda
Samanlıqda eşələnər
Köməyinə guya gələr
Səsə-küyə ürpələnər
Alışdıqca
Mən pozğunam
Sən də pozğun ol deyəcək
Mənim kimi.
- İtin kimi etibarlı
Olmağı mən istəyirəm.
Toxluğuyam yamanlığın
Çoxluğuyam tamamlığın
Vurğunuyam təsirliyin
Aşiqiyəm yönlülüyün
Heyranıyam adlılığın
Zirvəsiyəm yerliliyin
Ustadıyam çıxışlığın
Atılanıyam yaxşılığın
Heç kəs özünü
Saya bilməz.
Tam əxlaqlı adam.
Nə qədər ki, deyil.
Hamı.
Tam əxlaqlı adam.
 

 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense