"20 il sonra..." Qəbələdə məktəbin məzunları görüşdülər

QəbələPress.info

Vəndam qəsəbəsində məktəb məzunlarının görüşü keçirilmişdir.

QəbələPress.info-ya verilən məlumata görə, bu günlər Qəbələ rayon Vəndam qəsəbəsinin şəhid Hikmət Rəşidov adına 2 nömrəli orta məktəbin 1987-ci il məzunlarının “20 il sonra...” adlı görüş tədbiri keçirilmişdir. Bu tədbirdə vaxtilə bir sinifdə oxuyan, indi başqa-başqa sahələrdə çalışan məzunlar görüşüb. Artıq ənənə şəklini almış bu tədbirdə məktəbin müəllimləri də iştirak ediblər. İki gün davam edən görüş iştirakçıları ilk öncə Vəndam qəsəbəsində yerləşən şəhidlərin xatirə abidəsinə gül-çiçək qoyaraq şəhidlərimizi yad ediblər.

Sonra onlar Qəbələnin mənzərəli yerlərini gəzib  çay masası arxasında xatirələrini bölüşmüşlər..

Faiq Səfərov

Vəndam qəsəbəsi

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Google adsense