Məşhur meyxanaçı tanınmaz halda

QəbələPress.info

Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Aydın Xırdalanlının sosial şəbəkələrdə yeni fotoşəkli yayılıb. Şəkildə çox arıq və baxımsız olması ilə diqqət çəkən A.Xırdalanlının səhhətində ciddi problem yarandığı və xəstəlikdən əziyyət çəkdiyi qeyd olunub.

QəbələPress.info-nun Ölkə.az-a istinadən məlumatına görə, bu barədə açıqlama verən meyxanaçı, əslində yazılanların doğru olmadığını söyləyib. Onun sözlərinə görə, hazırda səhhəti tam qaydasındadır:

“Sizə qurban olaram, burada nə var ki?! Arıqlamışam da (gülür -red.). İnsanların gözü məni kök görməyə öyrəşib. İndi bir az arıqlamışam. Kök olanda ürəyim sıxılırdı. Əslində heç köklük də deyildi. Pivə içirdim, şişirdirdi məni. İndi pivə içmirəm, normal vəziyyətə düşürəm”.

Meyxanaçının sözlərinə görə, uzun müddət dişlərində problem olduğu üçün yaxşı yeyib-içə bilməyib:

“Son günlər dişlərimi düzəltdirirəm. İştaham da yoxdur. Yaxşı yemək yeyə bilmirəm. Əslində o qədər də arıq deyiləm. Qarnım da var. Şükürlər olsun ki, heç bir xəstəliyim də yoxdur. Hər şey qaydasındadır.  Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Allah hər kəsin canını sağ etsin”. 

Xatırladaq ki, A.Xırdalanlı 2001-ci ildə ANS-in keçirdiyi “De, gəlsin” meyxana çempionatının qalibi olub və qızıl nidanı qazanıb.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense