Mənəm, sənsən günahkar! 

QəbələPress.info
title

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dövrümüzdə kitab oxuyanlar barmaqla saya gələr. Qəzet oxuyanlar da həmçinin. Son zamanlar saytlara maraq artsa da, bunun da ömrü qısalmaq üzrədir. Saytları oxumağa da maraq artıq azalıb. Yalnız manşetlərdə ki başlıqlar oxunur. Demək olar ki, jurnalistlərin zəhmət çəkərək əldə etdikləri daxili və xarici  dövrü xəbərlər oxunaqsız qalır. Bu səbəbdən də jurnalistlər çəkdiyi zəhmətin hədər getməməsi məqsədi ilə həm maraqlı, xoş, həm də xoşagəlməzlikləri əhatə edən məqalələrin oxucuların marağına səbəb olsun deyə, ya sensasion xarakterli ya da ki, təəccüb doğuracaq başlıqlar altında təqdim etməyə məcburdu. Bu da oxucuların bəzilərində qıcıq yaratdığından jurnalistlər tənqid hədəfinə çevrilib. Belə getsə, bir-bir sıradan çıxan peşələrin sırasına mətbuat da əlavə olunacaq. Oxumazlıq elmi və mənəvi savadsızlığa yol açan ən vacib faktordur. Jurnalistləri tənqid hədəfinə çevirməkdənsa, cəmiyyətin eybərliklərinə üsyan etmək lazımdır. Cəmiyyətimizdə, gözümüzün önündə yol verilməz dəhşətli hadisələr artıq güclü axına çevrilib. Bu inkişaf edən sivilizasiyamızı fəlakətə sürükləyir. Ailələrin dağılması,körpələrin, gənclərin, qadınların, kişilərin vaxtsız vədəsiz ölümləri, bədxahların törətdikləri faciələr, rüşvətxorluq, pulun hər şeyi, hətta, insanlığı belə satın aldığı bir dövrün qanlı-qadalı eybəcərliklərinin gündəlik şahidlərinə çevrilmişik. Səbəbini və günahkarları aranda-turanda axtarırıq. Eqoistliyimiz imkan versə, səbəbkarın, günahkarın da özümüz olduğunu görər və korlaşmış cəmiyyətimizdə elmsizliyin, savadsızlığın bizi uçuruma sürüklədiyini dərk edərik. Bağışlanılmaz olan isə, bunu bilə-bilə bizim razılaşıb, susmağımızdı!

Kitabxanalarımızın qapısı bağlı qalıb. Tərbiyyəsizlik, əxlaqsızlıq baş alıb gedir, amma biz susuruq! Dilə gətirənləri də vurmağa çalışırıq!  Sanki axırımıza çıxacaq kimi yaxşı, elmli-helmli adamlardan qaçırıq. İnanmıram bu gedişlə harasa gedib çıxaq. Yolun yarısından çoxunu getmiş olsaq da ayaq saxlayaq, bir düşünək. Biz böyüklər  ötən zamanlarda xoş günlər yaşamışıq. Lakin çətin olsa da indi də yaşayırıq. Körpələrə, gələcək nəslə yazığımız gəlsin. Bu qədər zalım olmayaq.

Vicdanımızın səsini dinləyək. Uşaqlarımızın, yeniyetmələrimizin, gənclərimizin savadlı, elmli, dünyagörüşlü formalaşması üçün onların təhsilinə düzgün nəzarət edək, kitabxanalara üz tutmalarına maraq yaradaq, yol açaq. Sonra her şey gec olacaq.

Esmira Şükürova

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense