“Ayə, hareyə gedirsən, ayə?" mahnısının müəllifi danışdı 

QəbələPress.info
title

Bu gün sosial mediada “AZTV”-nin “Müasir Azərbaycan Gənci” (MAG) verilişinin efirə getməyən kadrları yayımlanıb. Videogörüntülərdə Vüsal Rzasoy adlı gəncin etnik-rok musiqisi tərzində səsləndirdiyi “Ayə, hareyə gedirsən, ayə?” adlı mahnısı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

QəbələPress.info xəbər verir ki, bununla bağlı Oxu.Az-a açıqlama verən V.Rzasoy bildirib ki, həmin ifası ilə ucqar bölgələrdə yaşayan və ləhcəsinə görə lağ obyektinə çevrilən insanlara dəstək olmaq istəyir.

“Bu, folk-rok, etnik-rok janrında ifadır. Dünyanın hər yerində ucqar bölgələrdə yaşayan insanların söhbətləri, ləhcə, danışıq tərzləri barədə lətifələr quraşdırılır. Lakin orada yaşayan insanların zəngin mənəviyyatı barədə düşünmürlər. Əvəzində, onların danışığını lağa qoyur, gülür, tənqid edirlər. Əslində, bu insanların da ləhcəsini dərk etmək və qəbul etmək lazımdır. Bu baxımdan, belə tərzdə mahnı ifa etməyi qarşıma məqsəd qoydum. Bununla, qəribə ləhcə ilə danışan və buna görə lağa qoyulan insanın da dərin mənəviyyata malik olduğunu göstərmək istəyirəm”, - deyə o bildirib.

- “MZ production”un rəhbəri Üzlüfət Qasımova Qafqazinfo-ya açıqlamasında həmin kadrların “AzTV”-də yayımlanmadığını və bu cür ifanın həmin televiziyaya uyğun olmadığını bildirib. Kadrların efirdə nümayiş olunmayacağı barədə sizə məlumat verilmişdi?

- Xeyr, mənə o kadrların yayımlanmayacağını deməmişdilər. Həmin çəkiliş təxminən bir ay əvvəl baş tutub. O verilişdə ilk dəfə idi çıxış edirdim.

- Azərbaycanda sizdən başqa bu tərzdə ifa edən gənclər varmı?

- Xeyr, yoxdur. Bildiyim qədərilə, dünyada da yoxdur.

- Ötən il Litvanın “X faktor” televiziya müsabiqəsində iştirak etmisiniz. Ümumiyyətlə, oxuculara təhsiliniz və digər məşğuliyyətləriniz barədə məlıumat verməyinizi istərdik...

- Bəli, müsabiqədə iştirakımı düzgün qeyd etdiniz. Mən Bakıda Neft Akademiyasında təhsil almışam. Tələbəlik illərimdən musiqi ilə məşğul oluram. Bu sahədə də fərdi təhsil almış, gitarada ifa etməyi öyrənmişəm. 2011-ci ildən 2014-i ilə qədər Avropa ölkələrini səyahatə çıxmışam. 2014-cü ildən Litvada yaşamağa başlamışam. Artıq Azərbaycana qayıtmışam. Burada saz dərsləri alıram. 

Aytən Sadıqzadə

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense