Dünyasını dəyişən anasına mahnı oxudu 

QəbələPress.info
title
İki ay əvvəl anasını itirən müğənni Abdul Xalid yeni mahnı təqdim edib. 



QəbələPress.info
Axşam.az-a istinadən xəbər verir ki, sənətçi əməkdar artist Mətanət İsgəndərlinin illər əvvəl oxuduğu "Anam hardasan" mahnısını yeni aranjimanda səsləndirib. 


Xalid bildirib ki, bu ifasını anasına həsr edib:

"Təkcə anamı yox, həyatdakı tək dostumu, sirdaşımı itirdim. Onun yoxluğundan sonra keçirtdiyim acı hisslərimi heç bir sözlə izah edə bilmirəm. Allah dünyadan köçən cəmi valideynlərə rəhmət eləsin, yaşayanlara can sağlığı versin. Bir etiraf edim, həkimlər anamın ömrünə saatlar qaldığını deyəndə, yaddaşımda əməkdar artist Mətanət İsgəndərlinin illər öncə oxuduğu "Anam hardasan" mahnısı təzələndi. Özümü anamı  itirəcəyim vaxta hazırladım. Yanımda olan dostlarım dəfndən sonra oxumaq istədiyimi biləndə təəccüblənmədilər. Əksinə dəstək olub, mahnının müəllifləri ilə əlaqə saxladılar".

"Anam hardasan"ın musiqisi Asif Kərimova, sözləri Sərvər Şahbəyliyə aiddir. Klipin çəkilişləri Tovuz şəhərində və Bakıdakı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında aparılıb. Ekran işinin rejissoru Fuad İsmayılovdur.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense