Bir neçə sətirə sığan həyat hekayəsi... 

QəbələPress.info
title

Bu günlər qəsəbə sakinlərindən biri dünyasını dəyişdi.  Cavan idi. Qarabağ müharibəsinin iştirakçısı idi. Bilmirəm onun veteran kitabçası var idi ya yox, amma arabir müharibənin dəhşətlərindən danışdığını eşitmişdim. Təqaüd alana da oxşamırdı, kasıb idi. Sözüm onda deyil...

 Mənim  bu yazıda qazilərimizə  dövlət qayğısından, onlara verilən güzəştlərdən və ya  özündənrazı, məsuliyyətsiz məmurlarımızın onların problemlərini həll etməkdənsə onları qəbul otaqlarının qapısı ağzında süründürmələrindən və s... bəhs etmək fikrim də yoxdur. Və qəsəbəmizdə kiminsə dünyasını dəyişməsi xəbərini oxuculara çatdırmaq deyil. Qəsəbəmiz böyükdür, tez-tez doğulan, dünyasını dəyişən olur.

Məqsədim özü qədər sadə həyatı olan İlham adlı bu oğlanın ölümü haqqında, daha doğrusu necə öldüyü haqqında diqqətinizə çatdırmaqla yanaşı, cəmiyyətimizin insan övladına qarşı belə laqeyid münasibətindən bəhs etməkdir. Əvvəlcə İlham haqqında;

İlham Məmmədseyidov Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulub, boya-başa çatmışdı. Orta məktəbi də burada bitirib. Qarabağ müharibəsində iştirakından sonra evlənib, Deyilənlərə görə, çox da uzun sürməyən bu ailə həyatı onun spirtli işçilərə aludəliyi üstündə sona çatıb. O qapıda, bu qapıda işləyib özünə çörəkpulu qazanıb. Və qəsəbənin mərkəzində almalıqda uzanaraq canını tapşırıb.  Bax budur onun bir neçə sətirə sığan həyat hekayəsi...

Bəs görəsən onun bu almalıqda uzanaraq canını tapşırdığı an yanından öz problemlərinin həlli üçün carpışan, çayxanaya damino oynamağa tələsən, qonşunun  bir maşın odun gətirməsi xəbərini ” lazımi yerlərə” çatdırmaq üçün can atan, elə-belə işsizlikdən ora-bura-var gəl edən, bir insanın həyatın qaynadığına baxaraq öz həyatının yavaş-yavaş söndüyü yerin 5-10 metrəliyində yerləşən icra nümayəndəliyinin və qəsəbə bələdiyyəsinin binasında işləyən, ümumiyyətlə gözümüzün önündə, soyuq havada insan oğlu insanın çöldə yatıb can verməsinə laqeyd olan insanlarıq biz.  “Mən onu yatan görmüşdüm, həmişə içirdi də...Ona görə yaxınlaşmadım” deib etdiyimiz dəhşətli “laqeydlik” adlı cinayət məcəlləsində özünə layiqli yer tapmayan cinayətimizə haqq qazandıran  onlarca insanlardan biriyik...

Görəsən ölüm anında gözləri ilə kimi çağırıb, kimdən imdad istəyib. Görəsən bizdən küsməyə macal tapıbmı?.. Görəsən...

Bəli, ölüm haqqdır və br gün doğulan bir gün də ölməlidir. Amma qəsəbənin mərkəzində, soyuq havada,  almalıqda ölənin haqqına girmişik bəlkə də...

 Görəsən kimdir günahkar?..

Dəfni də həyatı kimi sadə,- qohumları,yaxınları...

 Valeh ƏZİZ

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense