Qəbələdə dəstəmazsız "Dəstəmaz" çayı...

QəbələPress.info
title

İbadət əhlinin yaxşı bildiyi, silə alınan xüsusi təmizliyə dəstəmaz deyirlir. Dəstəmaz kəlməsi fars dilində “dəst” əl və namaz kəlmələrindən meydana gələn, dilimizdə leksik dəyişikliyə məruz qalan mürəkkəb sözdür. Dəstəmaz bədəni kirlərdən təmizləyir.Dəstəmaz xüsusi (müstəqil) ibadət deyil. Bəzi ibadətlərin yerinə yetirilməsinə kömək edən vasitəçi bir ibadətdir.

Bunları yazmaqda kimlərə isə İslam dərsi keçmək deyil. Ya buna elmim, ya da ki həvəsim var. Məqaləni bu girişlə yazmaqda məqsədim, soruşanda əlhəmdulillah ki müsalmanıq deyənlərin Qəbələ rayonunun Vəndam qəsəbəsindən axan “Dəstəmaz” çayının “başına” gətirdiklərindən bəhs etməkdir...

Dağlardan mənsəbini alan bu çay, demək olar ki, kəndin kənarından keçir. Buna baxmayaraq ətrafında yaşayanların sıxlığı, yüzlərlə sakinin bu çayın suyundan içməli su kimi istifadə etmələri həyacan təbilinin vurulmasına əsas verir. Rayonumuzun, eləcə də qəsəbə rəhbərliyinin bu problemdən xəbərsiz olduqlarını fikirləşmək sadəlövlük olardı. Çünki,mən özüm bir neçə dəfə qəsəbə bələdiyyəsinin sədrinin təşəbbüsü ilə “dəstəmaz” çayında təmizlik işləri aparıldığının çahidi olmuşam. Və aparılan təmizlikdən sonra bir-neçə günün içində çayın əvvəlki vəziyyət aldığını da görmüşəm. Bu xoşagəlməz vəziyyət tək yaxınlıqda yerləşən “vedrə bazarı”nın satıcılarının deyil, yaxın ətrafda yaşayanların da çaya zibil atmalarından əmələ gəlir...

Bu işlə kim məşğul olmalıdır.Qəbələ rayon İcra Hakimiyyətinin Vəndam qəsəbə nümayəndəliyinin rəhbəri  nə deyir bəs?... Heç nə... İsti kabinetdə oturub, vaxtının çoxunu çayxanalarda nərdtaxta arxasında keçirib “təqaüdünün vaxtını” gözləyən bu məmurun qəsəbə və onun sakinləri üçün çalışdığını, hansısa problemin həlli üçün  nə isə eləyəcəyini fikirləşmək də düzgün deyil.   Çünki bizlərdə necə deyərlər, o, “özünü tutub” yaşayanlardandır. Gündəlik gəlir gətirən “obyekt”ləri... Bu barədə sonrakı yazılarımızda...

Əlbətdə yazdığım mövzu ilə bağlı bütün günahları onun ayağına yazmaq da düzgün deyil.Çünki, sözügedən çayaın zibillənməsində hamımızın günahı var. Bəlkə də ondan çox. Sadəcə rəhbər işçi kabinet boş qalmasın deyə yox, iş görmək üçündür.

 Axı tək bu çay deyil...Ərazimizdə 4 çay var. Əgər belə getsə “Dəstəmaz” çayının suyu suvarma işlərinə də yaramayacaq. Yaranmış vəziyyətin aradan qaldırılması üçün əlaqədar təşkilatların da üzərinə böyük məsuliyyət düşür. Hələki çox gec deyil...

 Zibillənmiş çay öz adından utanırmış kimi son illər yayda yoxa çıxır, qışda öz zümzüməsini edir. Qəmli, kədərli zümzüməsini... Dəstəmazsız “Dəstəmaz” çayının zümzüməsini...

V.ƏZİZ

Red: Müəllifin fikri ilə saytımızın fikri üst-üstə düşməyə də bilər. Biz qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense