Yorğan davası

QəbələPress.info
title

Həyatımızn ən önəmli dönəmlərindən biri hərbi komissarlıqlarla – el arasında deyildiyi kimi “voyenkomat”la – bağlıdır. Yəni, oğlan uşağı böyüdən elə bir ailə tapılmaz ki, bu qapını döyüb, qeyri-Qarabağ  zonasına və onun davamı olaraq daхili, fövqəladə, sərhəd qoşunlarına elçi düşməsin. Burada təklif olunan qiymətlər müхtəlif olsa da valideynlər eyni dəqiqlik və çevikliklə dolların yeni azərbaycan manatına uyğunlaşdırılmış məbləği tapıb gətirirlər. Bu barədə əvvəllər yazıb geniş yazıb qiymətlər barədə məlumat vermişdik. Amma ölkədəki hər şey kimi bu bazar da infilyasiya qanunlarıyla işləyir. Odur ki, “kişilik məktəbi”nə “sənəd” hazırlayanda bu nüansı yaddan çıхartmayın.

Məsələn, o günləri bir tanışa benzindən başlayaraq qiymət artımını “voyenkomat” bazarına olan təsirindən o qədər danışıblar ki, adam bezib axırda deyib ki, mənim oğlumu göndərin Murova. Qayıdıblar ki, bəs oranın qiyməti qışda düşür, yazda qalxır. Sənə hansı sərf eləyirsə hörmətimizi elə, uşağı həmin otpravkaya salaq. Yəni, ora düşdünmü, qaçış yoxdu, havayını da məzənnəyə mindirib istədiklərini alacaqlar.

Yoх, əyər soruşsanız ki, vayenkomatla nə alıb-verəcəyim var – elə belə, sözgəlişi dedim ki, valideynlər ayaqlarını yorğanlarına görə uzatsınlar. Və yaхud yorğanı da verib, uzanmaqdan birdəfəlik canlarını qurtarsınlar.
Müəllimimiz həmişə deyərdi ki, çalışın, ömrünüzü ayaqüstə keçirin. Onsuz da günün birində əbədi yatacaqsınız. Nə qəribə təsadüfdür ki, həmin rəhmətlik müəllimimizin oğlu vayenkomdur və deyilənə görə müştərilərindən yun da götürür.
Nə isə, yorğanı qalın olsun…

                                                                                                                                                Nazlı

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Keyfiyyətli bal satışı

Google adsense