“Qəbələ” öz meydanında “Neftçi”yə uduzdu

QəbələPress.info
title

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

 



QəbələPress.info
-nun "Report"a istinadən məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edib.

 

Meydan sahibləri Elvin Məmmədovun 33-cü dəqiqədə vurduğu qolla ilk yarını öndə bitiriblər. Lakin fasilədən sonra qonaqlar 2 qol vurub. 57-ci dəqiqədə Mirabdulla Abbasov, 73-cü dəqiqədə isə İqnasio Errera fərqlənib. Beləliklə, "Neftçi" səfərdə 2:1 hesablı qələbə qazanıb. Üstəlik, Yusif Nəbiyev 83-cü dəqiqədə qırmızı vərəqə alaraq, yerli komandanı azlıqda qoyub.

 

Ardıcıl ikinci məğlubiyyətini alan "Qəbələ" isə çempionluq yolunda ağır zərbə alıb. Hazırda 35 xala malik "qırmızı-qaralar" lider "Qarabağ"dan 10 xal geridədir. Xallarını 23-ə çatdıran flaqman isə yenə 5-ci pillədədir.

 

Tura saat 18:00-da başlanacaq "Zirə" - "Keşlə" matçı ilə yekun vurulacaq.

 

İlk oyun günündə "Kəpəz" "Səbail"i 2:1 hesabı ilə yenib. "Sumqayıt" - "Qarabağ" matçında isə qalib müəyyənləşməyib - 1:1.





loading...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Google adsense