Qəbələ Regional “ASAN xidmət” Mərkəzində detektiv yazıçı Çingiz Abdullayevlə görüş keçirilmişdir

QəbələPress.info
title Qəbələ Regional “ASAN xidmət” Mərkəzində innovativ görüş keçirilib.
Qəbələ Regional “ASAN Xidmət” Mərkəzi region gənclərinin və Mərkəz könüllülərinin inkişafı və maariflənməsi istiqamətində bir çox innovativ görüşlər keçirir.
QəbələPress.info-nun məlumatına görə,mərkəzdə növbəti görüş Azərbaycanın detektiv yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru Çingiz Akif oğlu Abdullayevlə olub. Öncə
 Qəbələ regional “ASAN xidmət” mərkəzinin direktoru Əbdül Əliyev yazıçı Çingiz Abdullayevi Qəbələ regional “ASAN xidmət” mərkəzi ilə yaxından tanış edib və dəvəti qəbul etdiyinə görə öz minnətdarlığını və xoş arzularını bildirib. O, belə görüşlərin silsilə şəklində keçirilməsinin gənclər üçün müsbət faydaları ola biləcəyini və onların maariflənməsi istiqamətində mühüm elementlərdən biri olduğunu vurğulayıb.
Görüş müəllif, çap məhsulu, oxucu və oxucu auditoriyası arasında mütaliə formatında keçirilib və bir çox əsərlər ətrafında müzakirələr aparılıb. Maraqlı keçən görüş auditoriyanın maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Görüşdən sonra Qəbələ şəhərində yerləşən ABAD sərgi-satış mağazası ilə də yaxından tanış olan qonaqlara ABAD məhsullarından hədiyyələr təqdim edilib.

Qəbələ İH

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense