İcra nümayəndəsi:“Qəbələdə məktəb tikilməyəcək...”

QəbələPress.info
title


Vəndam qəsəbəsinin "Girvə" yaşayış məntəqəsində bu məktəb binasının tikintisinə başlananda çox sevinmişdi, camaat... Valideynlər,- övladlrının gündəlik 3-4 kilometr yol qət eləmələrindən canları qurtardı,- düşndülər... Məktəbin binası tez bir zamanda tikildi. Valideynlərin sevinci də məktəb binasının dam örtüyünə vurulan axırıncı mismarla qurtardı. Necə deyərlər, sən saydığını say...  Tikinti dayandı... İllərdir ki, yarımçıq tikili göz dağı kimi “Girvə” yaşayış məntəqəsinin mərkəzində dayanır,- günlər ayları, aylar illəri əvəz etdikcə bu bina da yavaş-yavaş qocalır. Bu tikili Bakı-Qəbələ magistral yolunun lap kənarında yerləşdiyindən, Qəbələyə tez-tez keçirilən tədbirlərə, eləcə də istirahətə gələn respublikamızın məsul işçiləri, nazirlər və s... bu binanı göməmiş deyillər. Çünki yolun kənarında gün-gündən “yetimləşən” bu binanı görməmək üçün , yalnız gözləri yummaq lazımdır. Maraqlıdır, görəsən bu bina barədə maraqlanmayıblar?..

Girvə yaşayış məntəqəsində vaxtilə ferma işçilərini nəzərə almasaq Vətən adlı bir nəfərin evi var idi. Ona yaxşı traktorçu olduğu üçün kolxoz idarə heyyətinin qərarı ilə tarla düşərgəsinin binasını yaşamaq üçün  bağışlanmışdı. Doğrudur, bu hədiyyənin görünməyən tərəfləri olub-olmadığından xəbərim yoxdur, bununla işimiz yoxdur.Demək istəyirik ki, bir ailənin yaşadığı kənddə hal-hazırda  100-ə yaxın ailə yaşayır. Burada yaşayanlar  əsasən cavan ailələrdən ibarət olduğundan  məktəb yaşlı uşaqların da günbəgün artması təbiidir...

Gün-gündən böyüyən bu yaşayış məntəqəsində hələ də təbii qazın çəkilmədiyi bir yana qalsın, nə məktəbi, nə uşaq bağçası nə də fərli bir marketi var.

Qəbələ RİH-nin Vəndam qəsəbə  İnzibati ərazi dairəsi üzrə  nümayəndəliyinin rəhbəri İlham Bağırov  verdiyi məlumatda qeyd edib ki, sözügedən məktəbin tikintisi davam etdirilməyəcək. Səbəbini  hər hansı məktəbin açılışı bir çox mərhələdən keçməli olduğunu, bir neçə nazirliyin birgə işi və  maddi vəsait  tələb olunması ilə əlaqələndirdi. Həm də sözügedən yaşayış məntəqəsində yaşayan şagirdlərin sayı məktəbin açılması üçün azlıq etdiyini bildirən İ. Bağırov bu il qəsəbə 2 saylı orta məktəbin tikilib istifadə veriləcəyini qeyd etdi.  Bu məktəbin tikintisi “Girvə” məktəblilərinin məktəb yolunun 1-2 kilometr azaldılmasına köməklik göstərəcəkdir, deyən ərazi dairəsi üzrə  nümayəndəliyinin rəhbəri təcili işi olduğunu deyib əməkdaşımızla xüdahafizləşmişdir.

Buna görə də bəzi sualları ona vermək mümkün olmamışdır. Belə ki, Vəndam bələdiyyəsindən  aldığımız məlumata görə,50 min manat maya qoyub bu binanı tikdirəndə bütün bunlardan xəbərləri olmayıbmı? Bəs bu necə olur ki, bir ətək pul töküləndən sonra aydın olub ki, məktəb tikilməyəcək.  Biz mütəxəssis olmadığımız üçün bu binaya çəkilən xərcin 50 min manat ola biləcəyi barədə danışmırıq. Bu barədə, yəqin ki, mütəxəsislər fikirləşəcəklər...  Bizim fikrimizcə qeyd olunanları yoxlamaq üçün samballı yoxlama lazımdır.



Red:
Bu yazı hazır idi ki, “Girvə”-də yaşayan bir sakinin saytımıza verdiyi məlumat bizi daha da məyus etdi. Belə ki, bu məlumatda sözügedən məktəb binasına  qonşuluqda yaşayan fiziki qüsurlu bir yeniyetmənin  qənim kəsildiyi  bildirilirdi. Beləki məktəb binasının pəncərələrinin şüşələrini sındıır, binaya daş atır və s... Bu barədə yeniyetmənin valideynlərinə dəfələrlə müraciət edilməsinə baxmayaraq  bir nəticə olmadığından artıq Vəndam bələdiyyəsinin və  qəsəbə  İnzibati ərazi dairəsi üzrə  nümayəndəliyinin rəhbərlərinə şikayət  edilib.

 Nəticə barədə oxucularımıza məlumat verəcəyik

Görək nə olur?..

V.ƏZİZ
QəbələPress.info

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense