Bizim İmaş

QəbələPress.info
title
Onu hamı İmaş kimi tanıyır...Hamı ona İmaş deyir, qəsəbəmizdə. Böyük də kiçik də...Hamı onun qayğıkeşliyinə bələddi, hamı onu qayğıkeş bir insan, səmimi yoldaş kimi tanıyır...
Səhərdən axşama kimi sükanın arxasında,- şəxsi “taksi”-si ilə çörək pulu qazanan İmran Nəsibov Qəbələ rayonunun Vəndam qəsəbəsində, kasıb ailədə dünyaya göz açmış, kasıblığın acısını dada-dada, başqasına “əl tutmaq, kömək etmək, xeyir vermək arzusu ilə böyüyüb boya başa çatmış, hərbi xidmətdən qayıdandan sonra arzularını imkan daxilində həyata çeçirməyə başlamışdı
O, bu peşə ilə qazandığı, elə də çox olmayan çörək pulu ilə su çəkdirir, yolları təmir elətdirir, imkansızlara maddi və mənəvi köməklik edir...

Hər gün KİV-də bəzi milyonçuların,- iş adamlarının, müğənnilərin və s... bir-iki manat xeyriyyəçiliyə pul xərcləyib, fürsət düşən kimi bu barədə ağzı köpüklənənə qədər danışanlardan fərqli olaraq bizim İmaş bu barədə danışmağı sevmir. Soruşanda da:

-Mən, neynəmişəm ki?.. Etdiklərimi də Allah rizası üçün edirəm, deyir və beləcə,- təvəzökarlıqla gülümsəyir...

V.Ə
QəbələPress.info

loading...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Google adsense