Qadınlar yalnız 8 martda yada düşməlidir?

QəbələPress.info
title Bu gün mart ayının 8-idir. Adi günlərdən biri... Məncə bu gün heç bir müqəddəs, heç bir dahi anadan olmamış, dünyanın gedişatını dəyişə biləcək xranaloji bir hadisə baş verməmişdir...
Beynəlxalq qadınlar günü kimi sosializm ideologiyasının bizə “sırıdığı” bu bayramın əsasını qoymuş alman sosialisti,nikahsız filansız uzun illər Osip Setkin ilə yaşayıb iki oğul dünyaya gətirən, Ayssnerdən dönüb Setkin olan,- Klara Setkin və ya özündən 15 yaş kiçik oğlanla eşq məcərasını yaşaya
n rəfiqəsi, Roza lüksemburq barədə də yazmaq fikrində deyiləm...

Bu tarixi bayram edənlərlə də işim yoxdur...
Bu bayramın vətənimizə “Sevil”lərlə gəlməsindən sonra, çadrasını atıb “ağ günə çıxan” qadınlarımızı da qınamaq fikrində deyiləm... “Sevil”lərin çadrasını ataraq müqəddəs kitabımız Qurani Kərimin Nur surəsinin 24, 31-ci ayələrinə qarşı çıxdıqlarını, bununla da yaradana qarşı çıxdıqları bu hərəkətin “mən müsəlmanam” deyənlər tərəfindən bayram edilməsinin məntiqi əsasını başa düşmədiyim barədə də danışmaq istəmirəm. Çünkü bütün bunları hamı bilir...

Yenidən Amerika kəşf eləmək fikrində deyiləm... 
Amma, anamız, bacımız, həyat yoldaşımız olan QADINa ildə bir gün diqqət ayırmağımız ən azı, hörmətsizlik deyilmi. Öhdəlik kimi qəbul etdiyimiz bu “bayram” başqa günlərin, onlara qarşı olan məsuliyyətimizi azaltmalıdırmı? Onlar ildə tək bu tarixdəmi, sevinməli, hədiyyə qəbul eləməlidirlərmi...Məncə yox!!!...
Bu bayramın qaynaqlandığı hadisələrdə və fərdlərdə bir qarışıqlıq olduğu kimi, hazırda bayramın keçirilməsində də əsasən kişilər "qabağa" düşürlər.

Bu gün tam kefli olan bir tanışımdan niyə belə içdiyini soruşduqda o, fəxrlə:
---Bayramdır da...deyə cavab verdi...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Google adsense