Bakı metrosunda  valideyn uşağı vaqonda unutdu

QəbələPress.info
title

Bu gün saat 15:30 radələrində Bakı metrosunda itkin düşən azyaşlı uşaq tapılaraq valideynlərinə təhvil verilib.

QəbələPress.info-nun məlumatına görə, bunu Report-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, uşaq metronun “Nəriman Nərimanov” stansiyasında tapılıb: “Uşağın valideynləri metronun “28 May” stansiyasında düşüblər və uşaq unudulub. Daha sonra isə uşaq metropoliten və polis əməkdaşları tərəfindən depoya gedən qatarda “Nəriman Nərimanov” metro stansiyasında tapılıb və valideynlərinə təhvil verilib”.

loading...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Google adsense