Soyadına görə futbolçuya qırmızı vərəqə göstərdilər

QəbələPress.info
title

Futbol üzrə İngiltərə aşağı liqalarının birində keçirilən “Hemel Hempstead Town” və “East Thurrock” komandaları arasında keçirilən oyun zamanı maraqlı hadisə baş verib.

QəbələPress.info xəbər verir ki, bu barədə jurnalist Olli Beylis öz Twitter hesabında yazıb.

Futbolçuların formalarında yalnız nömrə olduğuna görə hakim onlara xəbərdarlıq etmək üçün adlarını soruşmalı olub. 

Matç zamanı Sançez Uotta xəbərdarlıq etmək istəyən hakim ondan soyadını soruşub. Uottın cavabını isə təhqir kimi qiymətləndirərək ona qırmızı vərəqə göstərib. 27 yaşlı ingilis futbolçunun soyadı “What” (ingilis dilindən “nə” deməkdir).

Sonradan “Hemel Hempstead Tow” klubunun oyunçuları hakimə anlaşılmazlığı başa sala biliblər və Uott meydançaya qayıdıb.

Qarşılaşma “Hemel Hempstead Town” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb./oxu.az/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense