Qəbələdə zorla pul alan "reket" tutulub

QəbələPress.info
title

Qəbələ rayonunun Vəndam qəsəbə sakini İnqilab Paşayevdən zorla 850 manat pulunu almış Samit Abdurəhmanov saxlanılıb.

QəbələPress.info xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şəki şəhərindəki regional qrupundan  verilən məlumata görə, martın 6-da saat 5 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndindəki kafelərin birində Samit adlı şəxs Vəndam qəsəbə sakini İnqilab Paşayevə zor tətbiq edərək 850 manatını alıb.

Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Samit Abdurəhmanov saxlanılıb. Ondan 119,6 qram marixuana da götürülüb.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense