Saxalində Azərbaycan vətəndaşı intihar etdi 

QəbələPress.info
title

Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı intihar edib.

 

QəbələPress.info xəbər verir ki, Saxalindəki Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, Azərbaycan vətəndaşı 30-35 yaşlı Məmmədov Elşən Fəxrəddin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

 

Əslən Azərbaycanın Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elşən Məmmədov Saxalində ticarətlə məşğul olub. Mərhum intihar etməmişdən öncə məktub yazıb. E. Məmmədovun külli miqdarda borcunun olduğu və bu səbəbdən canına qəsd etdiyi bildirilib.

 

 

Yaxın günlərdə mərhumun cəsədi dəfn olunması üçün Azərbaycana gətiriləcək. 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense