Berlində məscid yandırılıb

QəbələPress.info
title

Bu gün Berlinin Raynikendorf rayonunda məscid yandırılıb.

 

QəbələPress.info xəbər verir ki, APA-nın "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, axşam saatlarında 3 naməlum gənc məscidin pəncərəsinin şüşəsini sındırıb və məsciddə yanğın törədib.

 

Məscidin yaxınlığından keçənlər bu hadisəni görüb və polis çağırıblar. Ancaq polisin onları saxlaması mümkün olmayıb. Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır.
Hadisə yerinə gələn yanğınsöndürənlər məsciddə yanğını söndürüblər. Lakin məscidin otaqlarından biri tamamilə yanıb.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Keyfiyyətli bal satışı

Google adsense