"Sizin ana və bacınızı söyməyəcəm, sadəcə ... sevəcəm" - Mirşahindən sərt reaksiya

QəbələPress.info
title

Bu gün peyk yayımına başlayacaq "Real” TV-nin baş direktoru Mirşahin Ağayev ilk dəfə telekanalla bağlı müzakirələrə cavab verib.

QəbələPress.info xəbər verir ki, o bildirib ki, efirdə olmadığı müddətdə ünvanına fikir səsləndirənlər tez bir zamanda cavabını alacaq:

"Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir? Mənim düşərgəmi tanımırdınız ki? Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə...sevəcəm!”/Mia.az/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense