Xalq artisti Səməd Səmədov canlı efirdə jurnalisti şərlədi - QALMAQAL 

QəbələPress.info
title
Space TV-də Kamran Həsənlinin müəllifi olduğu "Onda başladıq” verilişində qalmaqal baş verib. 
 
Bu gün verilişə qatılan jurnalist Seymur Verdizadə Xalq artisti Səməd Səmədovu sərt tənqid edib.
 
Jurnalist deyib ki, bir neçə gün öncə qohumlarının birinin toyuna qatılan Səməd Səmədov onu məyus edib: "Səməd müəllim fonoqrama ilə iki mahnı oxudu. Halbuki məclis əhli ondan canlı ifa gözləyirdi. Həmin toya 4 Xalq artisti, 3 əməkdar artist təşrif buyurmuşdu. Amma heç biri canlı oxumadı. El şənliklərini bayağılaşdırmağa heç kimin haqqı yoxdur”.
 
Verilişə qonaq qismində qatılan Xalq artisti Səməd Səmədovun reaksiyası qalmaqala səbəb olub. 
 
Səməd Səmədov deyib ki, jurnalist Seymur Verdizadə toyda ona yaxınlaşaraq, niyə canlı ifa etmədiyini soruşub: "Seymur müəllimə dedim ki, musiqiçilər peşəkar olmadıqları üçün canlı oxuya bilmirəm. Bundan sonra Seymur Verdizadə keçib yerində əyləşdi və bir "rumka” araq süzüb, mənim sağlığıma içdi”.
 
Seymur Verdizadə Xalq artistini yalan danışmaqda ittiham edib: "Belə bir hadisə baş verməyib. Səməd müəllimin fonoqrama ilə oxuması mənin əsəbləşdirdi. Ertəsi gün bir məqalə yazıb, onu sərt tənqid etdim. Yazdığım fikirlərin arxasında indi də dayanıram”.
 
Verilişdə iştirak edən Əməkdar artist Cavanşir Məmmədov jurnalistin müdafiəsinə qalxıb: "Seymur Verdizadə obyektiv jurnalistdir. O, həmişə düz danışıb. Seymur müəllimin şəxsiyyətinə də, yaradıcılığına da böyük hörmətim var”.
 
Verilişin aparıcısı Kamran Həsənli tərəfləri sakitləşdirməyə çalışıb: "Əlbəttə, bu bir zarafatdır. Səməd müəllimin zarafat etdiyini tamaşaçılar da anladılar”./modern.az/
 
Seymur Verdizadə Unikal.org saytına açıqlamasında verilişdən sonra Səməd Səmədovla dost kimi ayrıldıqlarını deyib: "Söhbət orda qaldı. Bu mövzuda heç nə yazmayacağam. Şəxsi müstəvidə kiminsə əleyhinə kampaniya aparmaq xarakterimə ziddir”.

 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense