Mirşahin əslində o sözləri niyə və kimlərə söylədi... TƏFƏRRÜAT  

QəbələPress.info
title

Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərliyilə açılan yeni telekanalın - “Real” TV-nin işə başlamağa hazırlaşdığı ərəfədə xaricdə mühacirət həyatı yaşayan videobloger Orduxan Temirxan Bəbirovun onunla bağlı Facebook sosial şəbəkəsində yazdığı bir status bəzi müzakirələrə səbəb olub.  

Bu məsələ sosial şəbəkədə gündəmə çevrildiyindən  modern.az saytının əməkdaşı kiçik bir araşdırma aparmaqla olaya aydınlıq gətirməyə çalışıb.

Məsələ burasındadır ki, Orduxan Bəbirovun həmin statusunda Mirşahin Ağayevin teleməkana qayıdışına istehza olunub, özü isə ələ salınıb. 

Mirşahinin özünü də həmin statusda işarələyən Orduxan Bəbirov telejurnalisti dolayı yolla müzakirələrə çəkməyə çalışıb və buna nail də olub. Çünki Orduxanın həmin statusuna şərh yazan bir qrup sosial şəbəkə istifadəçisi orada Mirşahini təhqir edib. Həmin təhqirləri görən Mirşahin Ağayev isə əsasən ölkə xaricindən rəy yazıb təhqirə yol verənlərə və eləcə də saxta profildən həmin şəxsləri dəstəkləyənlərə cavab verməyə məcbur qalıb.

Mirşahin Ağayev Orduxan Bəbirovun statusunda onun teleməkana qayıdışına kinayə ilə yanaşan, özü və ailəsi haqda təhqir dolu şərhlər tirajlayanlara aşağıdakı cavabı verməyə məcbur olub:

“Bəli, qayıdır Mirşahin, hazırlaşın, narahat olmayın, təhqir edilməyəcəksiz, ona görə ki, bu, mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Barəmdə şərh,  daha doğrusu şər yazanlar, nə xoşunuza gəlmir, mənim düşərgəmi tanımırdınız ki? Mən əlbəttə dövlətimin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma mən sizi özüm açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən Sizin ana və bacınızı söyməyəcəm, sadəcə ... sevəcəm!!!”.

Mirşahin Ağayevin xaricdəki videoblogerin statusuna yazdığı yuxarıdakı şərh bir çox xəbər saytlarında təqdim olunsa da, onun kimlərə cavab verdiyi göstərilmədiyindən əksəriyyət məsələnin məğzindən xəbərdar olmayıb. Bu səbədən də bir çox sosial şəbəkə istifadəçisi Facebook-da necə deyərlər, telejurnalistə qarşı cəbhə açıb, önyarğılamağa girişiblər. Status-status dalınca…
Bəziləri bir qədər də irəli gedərək, Mirşahin Ağayevdən belə açıqlama gözləmədiklərini, onun profilinin sındırıldığını iddia ediblər.

Hətta özlərinin gündəlik statuslarında Orduxan Bəbirova qarşı sərt yazılarla çıxış edənlər belə Mirşahinin şərhini pisləməklə, dolayısı ilə özləri də bilmədən xaricdəki videoblogerin “çörəyinə yağ sürtmüş olublar”… 

Mirşahin Ağayev əslində kimə və nəyə görə yuxarıdakı sərt cavabı vermişdi, yəqin ki, anlaşıldı… 
Bax, məsələnin əsl məğzi budur…

 

A.Qoxmaz

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense