Mən ad üçün deyil Vətən üçün vuruşmuşam, deyən döyüşçünün doğum günüdür...

QəbələPress.info
title

Keçmiş döyüşçü, Qarabağ uğrunda ağır döyüş yolu keçmiş, Daşaltı, Gədəbəy döyüşlərinin qəhrəmanlarından olan, döyüşçü jurnalist- veteranımız Əmrah Cabbarlının 53 yaşı tamam oldu. Ömrünün gözəl illərini Vətənimizin müdafiəsinə həsr etmiş zabitimizi ad günü münasibətiylə təbrik edir, uzun ömür, can sağlığı arzulayır və növbəti ad gününü uğrunda döyüşdüyü Qarabağ torpaqlarında qeyd etməyi arzulayırıq.
100 YAŞA ƏMRAH BƏY!

AVMVİB RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ-ın təbrikinə Bölgə İnformasiya Agentliyi və QəbələPress.info saytı da qoşulur

P. S. Döyüşçü Ə, Cabbarlıya həsr olunmuş bir şeiri də təbriklərə əlavə edirik...

ÜRƏYİNDƏDİ

Sahib Telmanoğlu

Vətənin qübarı, elin qübarı,
Sızlayan Əmrahın ürəyindədi.
Qarabağ elinin azad olması,
Onun niyyətində, diləyindədi.

Sərhəddin, səngərin yanğısı qardaş,
Könüldəki daşqın çaylar bir də yaş,
O gördüyün Şahdağında bax o daş,
Əmrah Cabbarlının kürəyindədi.

Sızıltılar, ah-nalələr, o ellər,
Qaynar bulaq, daşqın çaylar, o sellər,
Sahib Telmanoğlu, intizar, qəmlər,
Əmrah Cabbarlının ürəyindədi


TƏBRİK: ƏMRAH CABBARLI- 53

TƏBRİK: ƏMRAH CABBARLI- 53

TƏBRİK: ƏMRAH CABBARLI- 53

TƏBRİK: ƏMRAH CABBARLI- 53
loading...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Google adsense