“Mətbuat Şurası məni qurultaya dəvət etmədi”  

QəbələPress.info
title

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı Modern.az-a açıqlamasında rəhbəri olduğu qurumun fəaliyyətindən söz açıb:

“AJB-nin fəaliyyəti çox məhdud və zəifdir. Səbəblərindən biri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyindən məhrum qalmağımızdır. AJB-nin heç bir maliyyə bazası yoxdur. Yalnız üzvlük  haqqı ödənilir və onun hesabına fəaliyyətimizi davam etdiririk. Ayda, ildə bir-iki dəfə mükafat verə bilirik. Yəni təşkilatın fəaliyyəti məni qane etmir, lakin bundan artığına gücümüz çatmır”.

AJB sədri qeyd edib ki, təşkilatın hazırda bir neçə minə yaxın üzvü var:

“Onlar da bizim təşkilatla yanaşı, başqa təşkilatlarda da təmsil olunurlar.  AJB-yə qəbul olunmaq istəyənlərin sayı heç də az deyil. Bilirsiniz, Mətbuat Şurasında  fərdi üzvlük yoxdur. Amma bizdə fərdi üsuldur.

Eyni zamanda, bir şeyi unutmaq lazım deyil. Mətbuat Şurasının qurultayı keçirilir və “Azərbaycan Jurnalistlərinin Qurultayı” kimi qeyd edilir. Bu, kökündən yanlışdır. Mətbuat Şurası ancaq çap mediasına baxır. Televiziya və radionun şuraya heç bir aidiyyatı yoxdur.  Lakin bu kütləvi informasiya vasitələrində çalışanlar da jurnalistlərdir və onlar da AJB-nin üzvləridir”.


Jurnalist Mətbuat Şurasının ötən həftə keçirilən qurultayında iştirak etməmə səbəbindən də danışıb:


“Birincisi, mən o qurumun üzvlüyündən çıxmışam. Hərçənd Mətbuat Şurasını ən birinci yaradanlardan, bütün işləri görənlərdən biri Arif Əliyev idi. O cümlədən şuranın qəzet rəhbəri olaraq təsisçilərindən biri də mən idim. Amma qəzet bağlandı və o zaman yadınızdadırsa, bəyanat verdim və qurumun üzvlüyündən imtina etdim. Digər tərəfdən, Mətbuat Şurası keçirilən qurultaya məni dəvət etməmişdi. Bu da onların öz işidir. Mən də üzvü olmadığım və dəvət edilmədiyim  qurumun qurultayında iştirak edə bilməzdim”.

loading...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Google adsense