“Mən özümü meyxanaçı saymıram” – Samirə efirdə od püskürdü – VİDEO

QəbələPress.info
title ARB TV-nin “Düz bazar” verilişində qalmaqallı məqamlar yaşanıb.
Belə ki, meyxanaçı və müğənni Samirə Yusifqızı onun edə bildiklərinin bir çoxunun bacarmadığını vurğulayıb:

“3 dənə mahnı oxuyacam. Oxusalar, mikrofonu yerə qoyub gedərəm. Mən ali savadlı müğənniyəm. Müğənni qabağına müğənni, meyxanaçı qabağına meyxanaçı, aktrisa qabağına aktrisa kimi çıxıram. 3 ali savadım var biri də fortepiano”. 

Bu sözlərlə qane olmayan gənc müğənni Zeynəb Həsənli də öz fikirlərini səsləndirib:

“Sizin yaşınıza çatanda hər halda mən də sizin kimi oxuya bilərəm. Siz niyə bütün qadın müğənniləri pisləyirsiz? Siz bütün köhnə mahnıları bilirsiz. Amma sonra keçdiniz meyxanaya”.

Zeynəbin “Siz də əvvəllər gözəl müğənni olmusuz” sözünə acıqlanan Samirə, hələ də müğənni olduğunu və hərdənbir meyxana da dediyini açıqladı: “Mən özümü meyxanaçı saymıram”.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense