Göyçay çayı üzərindəki körpü bərpa edilərək istifadəyə verilib

QəbələPress.info
title

Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpü bərpa edilərək yenidən istifadəyə verilib.

QəbələPress.info Report-a istinadən  xəbər verir ki, tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Avtomobil Yolları Dövlət Agentliyinin (AYDAA) təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, bu ilin iyunun 2-də rayonda leysan yağışından sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin dəfələrlə artmasına səbəb olub. Həmçinin Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ciddi ziyan vurub və çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü dağılaraq tamamilə yararsız hala düşüb.

loading...

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Google adsense