Qəbələdə "qanvermə" aksiyası keçirilmişdir.

QəbələPress.info
title

Qanvermə aksiyası keçirilmişdir.



Ölkə rəhbərliyi tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə daim xüsusi dövlət qayğısı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən donorçuluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalnmış və müvfiq qanunlar qüvvəyə minmişdir.

Bu məqsədlə Azərbaycan Respublikasının birinici xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKONUN və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı layihəsi çərçivəsində iyunun 22-də Qəbələ Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilmişdir.

Saat 10-da başlayan aksiyada rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak etmiş, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulmuşdur. Qanvermə prosesi zamanı Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək sağlam olub-olmamalarını müəyyənləşdirmişlər. Müayinə olunan 371 könüllüdən 210 nəfər qan vermişdir. Yığılmış qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır.

Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirmiş, belə aksiyalarda yaxından iştirak etməyi vətəndaşlıq borcu kimi qiymətləndirmişlər.


Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Keyfiyyətli bal satışı

Google adsense