Ayı sahibinə hücum çəkdi – Dəhşətli görüntülər – VİDEO

QəbələPress.info
title

Rusiyada təşkil olunan bir sirkdə qorxu dolu anlar yaşanıb.

QəbələPress.info minval.info-ya istinadla xəbər verir ki, Rusiyanın Volqoqrad şəhərində böyük bir kütlənin də izlədiyi sirk təşkil olunub. Lakin sirkin sonu heç də ürəkaçan bitməyib. Belə ki, sirk iştirakçılarından bir qrupu əhliləşdirilmiş ayı ilə səhnəcik tərtib edib.

Səhnəciyin bitiminə az qalmış ayı səhnə iştirakçılarından birinə hücum edib. Bununla sakitləşməyən heyvan sirk iştirakçısını ağır yaralayıb. Uzun çəkən xilasetmə tədbirindən sonra, iştiraçı ayının əlindən alınıb və müalicə üçün xəstəxanaya aparılıb.

Hadisədən sonra səhnəciyi izləməyə gələnlər də hələ də yaşanan hadisənin şokunu üzərlərindən ata bilmədiklərini söyləyiblər.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense