“Elgiz məni təhqir etdiyi üçün verilişdən getdim” – Sevda

QəbələPress.info
title

Müğənni Sevda Sanaliyeva “ARB” telekanalında yayımlanan “Səhər-səhər” verilişini yarımçıq tərk etməsindən danışıb.


QəbələPress.info
-nun məlumatına görə, Musavat.com saytına açıqlama verən rəqqasə bildirib ki, proqramda dinləyiciləri və özü təhqir olunduğu üçün proqramdan gedib: “Veriliş başlayandan Elgiz mənim “Leyli” adlı mahnımın uğursuz olduğunu deyirdi. İzzət də, mən də mahnının sevildiyini, insanların əzbər bildiyini  bildirsək də, Elgiz öz fikrində israr etdi. Sonda isə dedi ki, dinləyicilərin zövqsüzdür. Buna görə proqramı tərk etdim. Onun məni və dinləyicilərimi təhqir etməyə haqqı yoxdur. Halbuki, yanvarda verilişində qonaq olanda “Leyli” adlı mahnımı oxumuşdum, Elgiz də oynamışdı. Təsəvvür edin ki, xəstə idim, o halda proqrama çıxdım. Amma qarşılığında hörmətsizlik gördüm”.

İfaçı canlı mahnı oxumamasının səbəbini də açıqlayıb: “Mən müğənniyəm, hər yerdə canlı oxuya bilərəm. O gün xəstə idim. Yenə də oxuya bilərdim. Amma hörmətsizliyin həddi aşdığı üçün bu cür addım atdım”.

Könül,
Musavat.com

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Sərfəli qiymət və keyfiyyət

Google adsense