
Başçı Səbuhi Abdullayev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirib, bu gün respublikamızda və rayonumuzda həyata keçirilən layihələrdən, sosial-iqtisadi inkişafdan danışıb. O, kəndin mərkəzi yolunun asfaltlaşdırıldığını, əraziyə təbii qaz xəttinin çəkildiyini, yaşayış məntəqəsində EATS quraşdığıldığını, yeni artezian quyularının qazıldığını və əhalinin içməli su problemininin həll edildiyini, həmçinin kənd sakinlərinin fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz olunduğunu görüşə toplananların diqqətinə çatdırıb.
RİH başçısı qeyd edib ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri genişlənir, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa edilir, uşaq bağçaları tikilir, digər sosial layihələr icra olunur.

Tədbirdə kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.