Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ 

QəbələPress.info
title

“I sinifdə böyük summativ qiymətləndirmə ləğv olunub”

QəbələPress.info   xəbər verir ki, bunu Təhsil Tv-də yayımlanan "Həftənin sualı" verilişində Təhsil nazirliyinin sektor müdiri Vidadi Bağırov  deyib. Onun sözlərinə görə, yeni qaydalara əsasən ümumi təhsil pilləsində hər səviyyənin sonunda böyük summativ qiymətləndirmə keçiriləcək:

“I sinifdə böyük summativ qiymətləndirmə ümumiyyətlə ləğv olunub. IV, IX, XI siniflərdə isə bütün fənlərdən BSQ-lər keçiriləcək. II və III siniflərdə BSQ-lər ləğv olunaraq, yalnız  kiçik summativ qiymətləndirilmələr tətbiq ediləcək. Kiçik summativ qiymətləndirmələr yarımildə 3 dənədən az olmayacaq. V, VI, VII, VIII və X siniflərdə buraxılış imtahanında hansı fənlər nəzərdə tutulubsa, yalnız o fənlərdən böyük summativ qiymətləndirmənin keçirilməsi nəzərdə tutulub. Kiçik summativ qiymətləndirmələrin sayı tədris ilinin əvvəlində şagirdlərə elan olunacaq"./modern.az/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Keyfiyyətli bal satışı

Google adsense